• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Məmurlarımız Volkovun yaxasından tutub deməlidirlər ki...”- Hərbi ekspertdən AÇIQLAMA

SİYASƏT

15 Dekabr 2022 | 16:04 | Müəllif: Qalib İbrahimoğlu

“Məmurlarımız Volkovun yaxasından tutub deməlidirlər ki...”- Hərbi ekspertdən AÇIQLAMA

“Nə qədər ki, Rusiya ilə bu cür davranılacaq, Rusiya Azərbaycanın milli maraqlarına hörmətsizlik göstərəcək”.

Bunu Bakıvaxtı.az-a polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin rəhbəri general-mayor Andrey Volkovun azərbaycanlı eko-aktivistlərin, media mənsublarının, ictimaiyyət nümayəndələrinin Şuşa-Xankəndi yolunda keçirilən aksiyada iştirakçılarla hələ də görüşməməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə,oğru elə qışqırır ki, doğrunun bağrı yarılır. Ü.Cəfərov bildirib ki, əgər Rusiya Volkovun orda qızıl daşıma və digər faydalı qazıntılaın oğurluğu ilə məşğul olmasından narahat deyilsə, yanına salaraq “gəlin, baxın” deməlidir.

Ekspert bu yaxınlarda general Volkovla danışıqlarda iştirak etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmisinin müsahibəsində söylədiyi fikirləri xatırladaraq bundan xəcalət çəkdiyini bildirib: “Adam durub rus “alkaş” generalına deyir ki, burda hər şey sizdən asılıdır. Azərbaycan ərazisinə dəvət olunmuş rus generalına mənim məmurum “hər şey sizdən asılıdır” deyirsə, təbii ki, general Xankəndidə oturub heç kimi saymayacaq. Mənim məmurum onun yaxasından yapışıb deməliydi ki, general, sən burda oğurluqla, yaramazlıqla məşğulsan. Əgər məşğul deyilsənsə, düş qabağıma get erməniyə yerini göstər”.

Ü.Cəfərov vurğulayıb ki, məsələ uzandıqca daha da dərinləşəcək: “Əgər hər şeyi birinci şəxs edəcəksə, o məmurlar nədən ötrüdür? Məsələ burasındadır ki, bizim məmurlar yerində olmayanlardır. Məmurlar tələb etməlidirlər, onlar dövlət tərəfindən təyin olunmuş şəxsdirlər. Bu gün geyinib-keçinib rahat studiyada müsahibələr verirlər, belə olmaz, axı! Sən ora dövlət tərəfindən göndərilmisən. Sənin səlahiyyətin var ki, o generala deyəsən, ay general, bura mənim ərazimdir e, bura mənim evimdir. Mən səni bura dəvət eləmişəm ki, guya qayda-qanun yaradacaqsan, göstər, görüm nə qayda-qanun yaratmısan. Başa düşürəm, insanlar emosiyalarını bildirməlidirlər, amma, təəssüflər olsun ki, heç bir nəticə görməyəcək. Onlar sadəcə öz vəzifə borclarını yerinə yetirirlər. Məsələ uzandıqca daha da dərinləşəcək, rus da bu məsələnin həllində bir o qədər maraqlı deyil”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026