Artıq dördüncü gündür Laçın-Xankəndi yolunda aksiyalar davam edir.
Bəzi ekspertlərin fikrincə, keçirilən aksiya bir müddət sosial şəbəkələrdə müzakirə obyekti olan sülhməramlıların missiyasının müddətinin bir qədər də uzadılması məsələsini artıq birdəfəlik bağladı. Belə ki, söylənilən fikirlərə görə, bu aksiyalar sülhməramlıların səlahiyyət müddətinin 2025-ci ildə müzakirəsiz bitəcəyindən xəbər verir.
Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, sülhməramlıların səlahiyyət müddəti 2025-ci ilə qədər bitməlidir:
“Ümumiyyətlə, mən sülhməramlıların 2025-ci ildən sonra səlahiyyətlərinin uzadılmasının tərəfdarı deyiləm. Sülhməramlılar bu müddətə qədər missiyasını bitirməlidir. Azərbaycan ərazilərinin bütün hissələrində suverenliyini bərpa etməlidir”.
Onun sözlərinə görə, orda yaşayan ermənilər də həqiqəti dərk etməlidir: “Onlar ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da torpaqlarımızı tərk etməlidirlər”.
Nuranə Daxilqızı
















