Bu gün Tehranda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İranın ali dini liderinin görüşü zamanı Əli Xamenei Qarabağ məsələsinə də toxunub.
Bakıvaxtı.az-ın "Mehr" agentliyinə istinadən xəbərinə görə, Əli Xamenei qeyd edib ki, İran Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən məmnundur.
İranın ali dini lideri İran-Ermənistan sərhədi ilə bağlı məqama da toxunub.















