• Bakı 22° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Xerson atəşə tutuldu: Ölən var

DÜNYA

02 Noyabr 2023 | 12:15 | Müəllif: Qalib İbrahimoğlu

Xerson atəşə tutuldu: Ölən var

Rusiya ordusu gecə saatlarında Xerson vilayətini atəşə tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Xerson Vilayət Prokurorluğunun saytında yer alıb. Xəbərdə deyilir ki, saat 04:00 radələrində atılan atəş nəticəsində 81 yaşlı qadın həlak olub.

Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin özünün "Telegram" kanalında isə Stanislava 40-dan çox atəşin açıldığını bildirib.

Orada liseyin və yerli ambulatoriyanın binalarına, fərdi yaşayış evlərinə ziyan dəyib.

Bundan əlavə, Ukraynanın daxili işlər naziri İqor Klimenko qeyd edib ki, Rusiya Xerson vilayətini şiddətli atəşə tutmaqda davam edir. “Bu gecə bir nəfər ölüb, bir nəfər yaralanıb", - o, "Telegram"da yazıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR