• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Baydenə XƏBƏRDARLIQ: SƏRHƏDLƏRİ BAĞLA!

DÜNYA

02 Dekabr 2023 | 11:00

Baydenə XƏBƏRDARLIQ: SƏRHƏDLƏRİ BAĞLA!

ABŞ-də 5 senator tənəffüs yolu xəstəlikləri artdığı üçün Çin və ABŞ arasında səyahət qadağasının qoyulmasını tələb edib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də Marko Rubionun başçılıq etdiyi 5 respublikaçı senator Çində tənəffüs yolu xəstəliklərinə yoluxma hallarının qəfil artmasının ardından Bayden administrasiyasına məktub yazıb.

Məktubda Çində uşaqlar arasında sürətlə yayılan "sirli" və "naməlum" xəstəliyə toxunularaq "Bu yeni xəstəliyin yaratdığı təhlükələr haqqında daha çox məlumat əldə edənə qədər ABŞ və Çin arasında səyahətləri dərhal məhdudlaşdırmalıyıq" deyilir. 

Həmçinin Çinin Covid-19 epidemiyası zamanı faktları gizlətdiyi xatırladılıb və bunun ABŞ-yə baha başa gəldiyi vurğulanıb.

Məktubda Bayden administrasiyası amerikalıların sağlamlığını və iqtisadiyyatını qorumaq üçün lazımi addımları atmağa çağırılıb.

Yeni xəstəlik haqqında daha çox məlumat alana qədər tək yolun səyahət qadağası olduğu bildirilib. ABŞ-yi bu yolla ola biləcək ölüm, təcrid, zərurət və epidemiyalardan qorumaq olar,- deyə qeyd edilib. 

Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi Maria Van Kerkhove ötən həftə mövzu ilə bağlı verdiyi açıqlamada Çində görülən xəstəlik dalğasının 2018-2019-cu illərdə, Covid-19-dan əvvəl müşahidə olunan qədər yüksək olmadığını deyib.

Xatırladaq ki, 2020-ci ilin yanvarında ABŞ-nin keçmiş prezidenti Donald Tramp Covid-19 epidemiyasının yayılmasının qarşısını almaq üçün Çindən ABŞ-yə səyahətə bəzi məhdudiyyətlər qoysa da, uçuşları qadağan etməmişdi. 

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR