Putin ənənəvi Yeni il mesajını 2024-cü ilə az qalmış verib. Orduya vahid dəstəyə çağıran Rusiya lideri ötənilki çıxışından fərqli olaraq Ukrayna müharibəsi haqqında söz açmayıb. Ordusunu tərifləyən Putin əsgərlərini “qəhrəman” adlandırıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, iqtisadi məsələlərə də toxunan Putin 2024-cü ili “ailə ili” elan edib. “Döyüş vəzifəsində olan, həqiqət və ədalət uğrunda mübarizənin önündə olanların hamısına”, - deyən Putin çıxışına belə davam edib:
“Siz bizim qəhrəmanlarımızsınız, qəlbimiz sizinlədir. Biz sizinlə fəxr edirik və cəsarətinizə heyranıq. 2023-cü il ilə vidalaşırıq və bu, tezliklə tarixin bir parçası olacaq. Gələcəyi yaratmaq üçün irəli getməliyik. Geridə qoymağa hazırlaşdığımız ildə çox çalışdıq və çox şey əldə etdik. Biz ümumi nailiyyətlərimizlə fəxr edir, sevinirdik və milli maraqlarımızı, azadlığımızı və təhlükəsizliyimizi, bizim üçün sarsılmaz əsas olmuş və olmaqda davam edən dəyərlərimizi müdafiə etməyə davam etdik. Biz birlikdəyik və bu, "Rusiyanın gələcəyinin ən etibarlı təminatıdır".
Ay Tac
















