Baltik dənizi üzərində beynəlxalq hava məkanında uçan Rusiya kəşfiyyat təyyarəsi Almaniya Hərbi Hava Qüvvələrində təşvişə səbəb olub.
Bakıvaxtı.az-ın məlumatına görə,alman mətbuatında yer alan xəbərdə, Rusiya kəşfiyyat təyyarəsinin Rügen adası sahillərində transpondersiz uçan İlyuşin İl-20 tipli hava qüvvələrinə aid döyüş təyyarələrinin təcili olaraq havaya qalxdığı bildirilib.
Almaniya Hərbi Hava Qüvvələrinin “X” sosial media platformasındakı hesabından verilən açıqlamada Baltik dənizi üzərində bir müddət Rusiyaya məxsus hərbi kəşfiyyat təyyarəsinin müşayiət edildiyi qeyd edib.
Qeyd edək ki, analoji hadisə ötən ilin aprelində də baş vermişdi, alman döyüş təyyarələri bir müddət Rusiya təyyarəsini müşayiət edərək hava məkanından çıxarmışdı.
Günəş Mərd



jpg-1709270953.webp)












