ABŞ-ın Delaver ştatının hakimi 2018-ci ildə elektrikli avtomobil şirkəti Tesla tərəfindən İlon Maska verilən 55,8 milyard dollarlıq maaş müqaviləsini ləğv edib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki,iddia ona artıq pul verildiyi deyilən səhmdar tərəfindən qaldırılıb.
Hakim Kathaleen McCormick Tesla idarə heyətinin ödəniş paketini təsdiqləməsinin "çox qüsurlu" olduğuna qərar verib.
İlon Mask X-də mövzu ilə bağlı bu mesajı paylaşıb: “Heç vaxt şirkətinizi Delaver ştatına daxil etməyin”.
Xatırladaq ki, bu əmək haqqı sövdələşməsi şirkətin tarixində ən böyük müqavilə idi və Maskın dünyanın ən zəngin insanlarından biri olmasına kömək etmişdi. Tesla rəhbərləri razılaşmanın dünyanın ən dinamik sahibkarlarından birinin diqqətini şirkətə yönəltməyə davam etməsini təmin etmək üçün edildiyini iddia etdilər. Bununla belə, hakim qərar verib ki, Tesla və Maskın vəkilləri “səhmdarlarının tam məlumatlı olduğunu sübut edə bilməyiblər”.
2018-ci ildə məhkəməyə müraciət edən Tesla səhmdarı Riçard Tornettanın vəkili Greg Varallo Reuters "yaxşı adamlar üçün yaxşı gün olduğunu" söyləyib.
Delaver Ali Məhkəməsi qərara etiraz edə bilər. Nyu-York ticarətində Teslanın səhmləri, təxminən, 3% ucuzlaşıb. Bu il indiyədək dəyərinin 20%-indən çoxunu itirib.
Ay Tac



jpg-1709270953.webp)












