• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

MDB-yə sədrlik Rusiyaya keçdi

DÜNYA

01 Yanvar 2024 | 10:25

MDB-yə sədrlik Rusiyaya keçdi

Rusiya bu gündən MDB-yə sədrlik etməyə başlayıb.

Bakıvaxtı.az Rusiya KİV-inə istinadən xəbər verir ki, təşkilata sədrlik Qırğızıstandan Rusiyaya keçib.

Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bildirib ki, ölkə iqtisadi sahədə qarşılıqlı hesablaşmalarda milli valyutalara daha aktiv keçid üzərində işi davam etdirməyi gözləyir.

O həmçinin terrorizm və ekstremizm, transsərhəd cinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsi, korrupsiya ilə mübarizədə MDB ölkələrinin birgə fəaliyyətinin vacibliyini qeyd edib.

Digər məsələlərlə yanaşı, Rusiya mədəni-humanitar əlaqələrin genişləndirilməsinə, səhiyyə, elm, təhsil və idman sahələrində əməkdaşlığa diqqət yetirmək niyyətindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026