• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukraynaya raket zərbələri nəticəsində ölənlərin sayı artdı

DÜNYA

01 Yanvar 2024 | 10:45

Ukraynaya raket zərbələri nəticəsində ölənlərin sayı artdı

Ötən sutka ərzində Kiyevdə dağıntılar altından daha 8 nəfərin meyiti çıxarılıb. 

Bakıvaxtı. az xəbər verir ki, bu barədə UNİANməlumat yayıb. 

    Polis bununla da paytaxtda ölənlərin sayının 27 nəfərə çatdığını açıqlayıb. 

    Qeyd edək ki, Rusiya Ordusu dekabrın 29-da Kiyev də daxil olmaqla, Ukraynanın müxtəlif şəhərlərinə raket zərbələri endirib. Nəticədə 159 nəfərin yaralandığı, 39 nəfərin öldüyü açıqlanmışdı.

    Ötən sutka Kiyevdə dağıntılar altından çıxarılanlarla qurbanların sayı artıb. 

    Bu gün Kiyevdə Matəm Günü elan olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026