• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qəzzada ölən jurnalistlərin SAYI

DÜNYA

02 Dekabr 2023 | 09:26

Qəzzada ölən jurnalistlərin SAYI

Fələstin-İsrail münaqişəsi nəticəsində Qəzza zolağında azı 61 jurnalist həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.

“Dekabrın 1-nə olan məlumata görə, komitənin araşdırması nəticəsində məlum olub ki, oktyabrın 7-də münaqişə başlayandan bəri həlak olan 16 mindən çox insan arasında ən azı 61 jurnalist və media işçisi var”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, jurnalistlər də işlərində təqib, həbs və digər maneələrlə üzləşirlər.

“İsrail qüvvələri xəbər agentliklərinə bildiriblər ki, onlar 7 günlük atəşkəsdən sonra hərbi əməliyyatların bərpa olunduğu Qəzza zolağında işləyən jurnalistlərin təhlükəsizliyinə təminat verə bilməzlər”, - bəyanatda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026