Xızıda ev yanıb.
Bakıvaxtı.az-ın FHN-ə istinadən məlumatına görə, hadisə rayonun Yarımca kəndində qeydə alınıb. Ümumi sahəsi 50 m² olan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.















