• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Xızıda tank mərmisi aşkarlanıb - VİDEO

HADİSƏ

05 Aprel 2022 | 11:32

Xızıda tank mərmisi aşkarlanıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xızı rayonu, Ağdərə kəndi yaxınlığında sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbər görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 100 mm-lik BK-3 tank mərmisi olduğu müəyyən edilib.

Mərmi XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülüb kənarlaşdırılaraq, müvafiq qaydada zərərsizləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026