• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qazprom”la bağlı daha bir şübhəli ölüm

HADİSƏ

05 May 2022 | 00:14 | Müəllif: Subhan Mahmudov

“Qazprom”la bağlı daha bir şübhəli ölüm

Rusiya-Ukrayna müharibəsindən sonra "Qazprom"la bağlı şübhəli ölümlərə yenisi əlavə edilib.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Rusiyada "Qazprom"la əlaqəli ən məşhur adlardan daha biri şübhəli şəkildə vəfat edib.

Soçidə "Qazprom"a məxsus "Krasyana Polyana" xizək kurortunun meneceri Andrey Krukovskinin uçurumdan yıxılaraq həyatrını itirdiyi açıqlanıb.

Rusiya mətbuatı Krukovskinin ərazidəki qədim "Ahipse" qalasına gedərkən "bədbəxt hadisə ilə üzləşdiyini" yazıb.

Bildirilir ki, 37 yaşında ölən Krukovski Rusiyada iri şirkətlərdə menecer olub və 2012-ci ildə Soçidə "Qazprom" obyektinə rəhbər təyin edilib.

Qeyd edək ki, "Qazprom" şirkəti ilə əlaqəsi olduğu güman edilən 6 rusiyalı oliqarxın son 3 ayda şübhəli şəkildə ölməsi naməlum olaraq qalır. Bu şəxslərin Moskva administrasiyası tərəfindən aradan qaldırıldığı iddiaları qərb mediasında hələ də yer almaqdadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026