• Bakı 23° C

    5.17 m/s

Yanmış evdən qadın meyiti tapıldı

HADİSƏ

05 May 2022 | 09:54

Yanmış evdən qadın meyiti tapıldı

Bakı şəhərinin Səbail rayonunda taxta konstruksiyalardan ibarət ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 38 m² olan mənzilin yanar konstruksiyaları və qonşu mənzillərdə arakəsmə divar ümumilikdə 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü Xalıkova Alla Viktorovnanın yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026