• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sumqayıtda zavodda PARTLAYIŞ - Ölən var

HADİSƏ

05 May 2022 | 09:56

Sumqayıtda zavodda PARTLAYIŞ - Ölən var

Sumqayıtda zavodda qaz balonu partlayıb, ölən var.

Bu barədə Bakıvaxtı.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, mayın 4-ü saat 15 radələrində şəhər ərazisində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərəkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və çatdırıldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026