• Bakı 7° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Yağıntılı hava nə vaxta kimi davam edəcək?

CƏMİYYƏT

27 Yanvar 2024 | 21:40 | Müəllif: Subhan Mahmudov

Yağıntılı hava nə vaxta kimi davam edəcək?

Qərb rayonlarından başlayaraq ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə sulu qar, qar yağır.

Bu barədə Bakıvaxtı.az-a yanvarın 27-si saat 21:00-a olan məlumatına əsasən Milli Hidrometeorologiya Xidməti bildirib.

Gəncə, Şəmkir, Tovuz, Ceyrançöl, Goranboy, Gədəbəy, Göygöl, Daşkəsən, Kəlbəcər, Laçın, Naxçıvan, Şahbuz, Zaqatala, Şəki, Qax, Zaqatala, Şahdağ, Xaltan, Quba, Biləsuvarda qar yağır.

Naftalan, Bərdə, Ağdam, Tərtər, Ağsu, İmişli, Kürdəmir, Yevlax, Sabirabad, Mingəçevir, Balakən, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Qobustan, Neftçala, Zərdab, Göyçay, Quba, Xaçmaz, Şabran, Bakı və Abşeron yarımadasında isə yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 2-9 dərəcə şaxta, dağlıq rayonlarda isə 5 dərəcəyədək şaxtadır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 30-u gündüzədək davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026