• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

DİQQƏT: Sabah bu rayonda qaz omayacaq

CƏMİYYƏT

26 Fevral 2024 | 18:23 | Müəllif: Subhan Mahmudov

DİQQƏT: Sabah bu rayonda qaz omayacaq

Saatlı rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, "Saatlı" ölçü qovşağından qidalanan qaz kəmərinə və onun üzərində quraşdırılmış avadanlıqlara "Təmiz Qaz" QSC tərəfindən texniki baxış keçirilərkən qaz kəməri üzərində quraşdırılmış "Şəhər kollektoru"nun əlaqələndirici hissələrinin qaynaq və yivli birləşmələrində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı 27.02.2024-cü il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək adıçəkilən ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Saatlı rayonunun bir hissəsinin (Saatlı şəhərinin böyük hissəsi, Novruzlu qəsəbəsi, Novruzlu, Bəylik, Mustafabəyli, Qıraqlı, Dədə Qorqud, Heydərabad, Əhmədbəyli kəndləri və 66 qeyri-yaşayış sahəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026