"Əziz sənət dostlarım, əziz xalqım, hər birinizdən üzr istəyirəm".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Aşıq Mübariz Camaloğlu sosial media hesabındakı paylaşımında deyib.
O, müğənni Pünhan Piriyevlə aralarındakı qalmaqalın mənasız olduğunu bildirib:
"Üzr istəyirəm ki, axşamdan bu günə kimi sizi narahat etmişəm. Dünənki uşağa baş qoşmuşam. Elə ona görə də üzr istəyirəm. Siz də həyacanlandınız. Dünəndən məni yığırsınız, narahat olursunuz. Çox-çox üzr istəyirəm. Gərək mən ona baş qoşmazdım. Öz səviyyəmdən çox aşağıda olan bir uşağa, çağaya baş qoşmuşam... Bu, mənə lazım deyildi. Heç şəxsiyyətimlə də düz gəlmir".
Qeyd edək ki, aşıq Mübariz və Pünhan Piriyev arasındakı qalmaqal ötən gündən səngimək bilmir. Tərəflər günün müxtəlif saatlarında sosial media hesablarında mövu ilə bağlı paylaşımlar edərək, bir-birilərinin ünvanına xoşagəlməz sözlər işlədirlər.
Ziyafət Əlisoy



jpg-1714131399.webp)












