• Bakı 12° C

    12.22 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - mənzillərin açarları təqdim edildi - YENİLƏNİB

CƏMİYYƏT

26 Aprel 2024 | 14:33

Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - mənzillərin açarları təqdim edildi - YENİLƏNİB

Aprelin 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 140 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 783 ailə, 2979 nəfərin daimi məskunlaşması təmin edilib.

    ***

    13:12

    Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

    Bakıvaxtı.az xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

    Qeyd edək ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə (140 nəfər) köçürülüb.

    Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 783 ailənin, yəni 2 979 nəfərin daimi məskunlaşması təmin ediləcək.

    ***

    08:34

    Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 140 nəfər köçürülüb.

    Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

    Xatırladaq ki, indiyədək Füzuli şəhərində 783 ailənin, yəni 2979 nəfərin daimi məskunlaşması təmin edilib.


    SON XƏBƏRLƏR

    06 May 2024