• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Daha bir erkən nikahın qarşısı alındı

CƏMİYYƏT

26 Fevral 2024 | 18:27 | Müəllif: Subhan Mahmudov

Daha bir erkən nikahın qarşısı alındı

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsi və hərtərəfli bərqərar edilməsi, həmçinin uşaqların mənafelərinin qorunması istiqamətində kompleks tədbirlər görülür.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fevralın 24-də Kəngərli rayonunun Xok kənd sakini 2008-ci il təvəllüdlü Məmmədova Xatirə Məmməd qızının (ad şərtidir) Xok kənd sakini 2002-ci il təvəllüdlü Həsənov Həsən Hüseyn oğlu (ad şərtidir) tərəfindən qaçırılması barədə məlumat əldə edib

Komitə tərəfindən məsələyə dərhal reaksiya verilərək qanunamüvafiq araşdırılması və Məmmədova Xatirənin (ad şərtidir) ailəsinin yanına qaytarılması istiqamətində Kəngərli Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və rayon Polis Şöbəsinin aid əməkdaşları ilə birgə tədbirlər görülüb, müvafiq ünvana baxış keçirilib, hər iki tərəfin valideynlərinin də iştirakı ilə qanunvericiliyin tələblərinə uyğun söhbət aparılaraq yetkinlik yaşına çatmayan Məmmədova Xatirə Məmməd qızı (ad şərtidir) ailəsinin yanına qaytarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026