• Bakı 23° C

    3.89 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Yaponiyanın Baş naziri NATO sammitini buraxa bilər

DÜNYA

23 Iyun 2025 | 13:07

Yaponiyanın Baş naziri NATO sammitini buraxa bilər

Yaponiyanın baş naziri Şiqeru İşiba NATO-nun Haaqada keçirilməsi planlaşdırılan  sammitinə səfərini ləğv edə bilər.

Bakıvaxtı.az "Kyodo" agentliyinə istinadən xəbər verir, bu qərarın səbəbləri hələlik açıqlanmayıb.

Cənubi Koreya prezidenti Li Çje-Myon da oxşar addım atıb. Administrasiya imtinanı onun prezidentlik müddətinin başlaması və Yaxın Şərqdəki gərgin vəziyyətlə əlaqədar sıx iş qrafiki ilə izah edib.

Qeyd edək ki, sammit iyunun 24-25-də Haaqada baş tutacaq. İclasın əsas məqsədi alyansa üzv dövlətləri ümumi büdcə ayırmalarını ÜDM-in 5%-nə çatdırmağa həvəsləndirməkdir ki, bunun da 3,5%-i birbaşa hərbi maliyyələşdirməyə, 1,5%-i isə köməkçi maliyyələşdirməyə ayrılacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR