• Bakı 18° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Yazıçı axtarışa verildi
 

DÜNYA

06 Fevral 2024 | 12:07

Yazıçı axtarışa verildi

Gürcü əsilli yazıçı Boris Akunin (əsl adı Qriqori Çxartişvili) Rusiya Federasiyası tərəfindən beynəlxalq axtarışa verilib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki,  bu barədə Moskva şəhərinin ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb. 

Bundan başqa, Moskvanın Basmannı rayon məhkəməsi Akunini iki ay müddətinə qiyabi həbs edib. Həbs müddəti yazıçının Rusiya ərazisində faktiki olaraq tutulduğu və ya Rusiya hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan hesablanır.

O, Rusiyada “Terrorçuluğa ictimai bəraət” və “Rusiya Silahlı Qüvvələrinin tətbiqi barədə bilə-bilə yalan məlumatın açıq şəkildə yayılması” maddəsi ilə ittiham olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026