• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Yoluxma azaldı, ölüm sayı artdı

CƏMİYYƏT

21 Yanvar 2022 | 16:30 | Müəllif: Qalib İbrahimoğlu

Yoluxma azaldı, ölüm sayı artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1068 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 630 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 156 nəfər müalicə olunaraq sağalıb, 8 581 nəfər vəfat edib, aktiv xəstə sayı 10 683 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7795, ötən müddət ərzində isə ümumilikdə 6 045 582 test aparılıb.


Yoluxma azaldı, ölüm sayı artdı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026