Donald Tramp İlham Əliyevin şəxsiyyətinə və onun Qarabağ qələbəsinə görə addımlar atıb.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Zahid Oruc deyib.
Deputat bildirib ki, Tramp 9 ay ərzində 7 dəfə İlham Əliyevə rəğbətini ifadə edib və qeyd edib:
"Siz güclü lidersiniz. Sizinlə fəxr edirəm".
Onun sözlərinə görə, Tramp administrasiyası dövründə Vaşinqton Azərbaycanla fəaliyyətimizi qəbul edib:
"Prezidentin elçisi Uitkoff isə İlham Əliyevi müdrik rəhbərlik nümunəsi kimi dəyərləndirib".
Parlamentarinin sözlərinə görə, yanvarın 22-də Davosda Trampın cənab Prezidentlə görüş təşkil etməsi isə müstəsna addım hesab olunurdu.
Əli Hüseynov
Bakı 




