Avstriyanın Zalsburq şəhərindəki zooparkda kərgədan tərəfindən ağır yaralanan gözətçi hadisə yerində dünyasını dəyişib.
Bakıvaxtı.azxarici mediaya istinadən xəbər verir ki, Salzburq polisindən verilən açıqlamada kərgədanın 33 yaşlı qadın qulluqçuya gündəlik qulluq və təmizlik işləri apararkən hücum etdiyi və baxıcının ağır yaralanaraq öldüyü bildirilib.
Açıqlamada qadına kömək etməyə gələn 34 yaşlı kişi baxıcının kərgədan hücumuna məruz qalaraq ağır yaralanaraq xəstəxanaya yerləşdirildiyi deyib.
Zooparkın direktoru Sabine Grebner mətbuata açıqlamasında dünyasını dəyişən baxıcının çox təcrübəli, diqqətli və heyvanlara qarşı xüsusi istedadlı olduğunu qeyd edib.
Hadisənin rutin baxım zamanı baş verdiyini deyən Grebner baxıcının 1,8 ton ağırlığındakı kərgədana həşəratlara qarşı krem sürtərkən hücuma məruz qaldığını və bu prosesin hər gün edilən adi bir məşq olduğunu burğulayıb.
Grebner qeyd edib ki, hücumun səbəbi hələ məlum deyil.
Ay Tac










jpg-1697101406.webp)




