• Bakı 21° C

    4.96 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

ABŞ-ın İrana zərbəsi: yaralılar arasında radioaktiv şüalanma... – RƏSMİ
DÜNYA
22 Iyun 2025 | 20:55

ABŞ-ın İrana zərbəsi: yaralılar arasında radioaktiv şüalanma... – RƏSMİ

ABŞ-ın ölkənin nüvə obyektlərinə endirdiyi zərbələr hazırda qeyri-müəyyən sayda insanın yaralanmasına səbəb olub, lakin heç kimdə radioaktiv şüalanma əlamətləri yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri İranın Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kirmanpur X şəbəkəsində yazıb.

“İllərdir ki, Səhiyyə Nazirliyi nüvə obyektlərinə yaxın tibb müəssisələrində nüvə təcili yardım bölmələri yaradıb. Xoşbəxtlikdən, Amerikanın bombardmanından sonra bu mərkəzlərə köçürülən yaralıların heç birində radioaktiv şüalanma əlamətləri müşahidə edilməyib”, - o bildirib.

Qeyd edək ki, ABŞ bu gün səhər saatlarında İranın nüvə obyektlərinə zərbələr endirib.


SON XƏBƏRLƏR

22 Iyun 2025