• Bakı 23° C

    9.54 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

ABŞ Türkiyədəki vətəndaşlarına xəbərdarlıq etdi: diqqətli olun!
DÜNYA
23 Iyun 2025 | 00:36

ABŞ Türkiyədəki vətəndaşlarına xəbərdarlıq etdi: diqqətli olun!

ABŞ Dövlət Departamenti Türkiyədəki vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, bəyanat Departmentin saytında yerləşdirilib.

Bəyanatda Türkiyədə çalışan ABŞ hökuməti işçilərindən Türkiyənin cənub-şərqindəki 22 vilayəti əhatə edən Adana Konsulluğu bölgəsinə şəxsi səfərlərdən çəkinmələri xahiş olunur.

Xəbərdarlığa görə, ABŞ-nin xarici siyasətinə mənfi baxışların artması ABŞ və Qərbin maraqlarına qarşı etirazlara səbəb ola bilər.

ABŞ öz vətəndaşlarını diqqətli olmağa və yerli təhlükəsizlik xəbərdarlığına əməl etməyə çağırıb.


SON XƏBƏRLƏR