• Bakı 29° C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Ermənistan Yekaterinburqdakı fəxri konsulu geri çağırdı
DÜNYA
28 Iyul 2025 | 23:03

Ermənistan Yekaterinburqdakı fəxri konsulu geri çağırdı

İrəvan Ermənistanın fəxri konsulu Narek Spartakyanı Yekaterinburqdan geri çağırıb. 

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb onun erməni apostol kilsəsi ilə bağlı ölkə rəhbərliyinin mövqeyi ilə razılaşmaması və iş adamı Samvel Karapetyanın həbsinə etiraz etməsi olub.

Spartakyan müsahibələrinin birində yerli erməni icması üçün lazım olan hər şeyi edəcəyinə söz verib.

"Mən Üçmüədzin apostol kilsəsinə qarşı hər hansı hərəkəti bütün ermənilərin mənəvi birliyinin mühüm təməli kimi qəbuledilməz hesab edirəm. Bundan başqa, bütün ermənilər kimi samvel Karapatyana çox hörmət edirəm. Çünki çoxları üçün Karapetyan necə yaratmağın nümunəsidir"- deyə Spartakyan bildirib.


SON XƏBƏRLƏR

28 Iyul 2025