ABŞ 2008-ci ildən bəri ilk dəfə Britaniyaya nüvə silahı göndərib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Nəşr yazır ki, silahlar Rusiyaya siqnal vermək üçün transponderləri işə salınmış təyyarə ilə çatdırılıb.
Nəşr qeyd edir ki, bu yolla ABŞ Avropadakı nüvə mövcudluğunu azaltmadığını göstərir.