Ürək dayanmasından sağ çıxan britaniyalı qadın baş verənlər zamanı nə gördüyünü danışıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
Qadının sözlərinə görə, hadisə idmandan sonra baş verib. O, özünü zəif hiss etdiyini dostuna söyləyib və dərhal yerə yıxılıb. Bir neçə dəqiqə sonra hadisə yerinə gələn təcili yardım əməkdaşları ilk yardım tədbirlərinə başlayıblar.
“Bu baş verəndə hər şey qaranlıq oldu, ətrafda heç nə yox idi,” – deyə qadın bildirib.
Daha sonra o, özünü yerdə uzanmış halda kənardan gördüyünü söyləyib. Qeyd edib ki, ayaqları şişmiş görünüb. Sonradan isə hadisə yerindən çəkilmiş fotoya baxanda ayaqlarının həqiqətən şişdiyini görüb.
“Mən heç bir işıq görmədim, rahatlıq hiss etmədim, sadəcə özümə baxırdım və ətrafda sarı rəngli maşınlar vardı,” – deyə nəşr qeyd edir.
17 dəqiqəlik ilk yardım tədbirlərindən sonra qadının ürəyi yenidən döyünməyə başlayıb. O, üç gün komada qaldıqdan sonra evə buraxılıb.
Mina Mikayılova