• Bakı 30° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9697

    RUB - 2.08

Ayxan Hacızadə iranlı səfirlə görüşdü
SİYASƏT
29 Iyul 2025 | 23:46

Ayxan Hacızadə iranlı səfirlə görüşdü

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə ölkələr arasında media sahəsində əməkdaşlığın inkişafı istiqamətləri müzakirə olunub.

Ayxan Hacızadə iki ölkənin Xarici İşlər Nazirliklərinin sözçüləri arasında qarşılıqlı əlaqələrin artmasına müsbət yanaşıb, Azərbaycanın İranla dostluq əlaqələrinin inkişafında maraqlı olduğunu qeyd edib.

Görüş zamanı həmçinin media nümayəndə heyətlərinin mübadiləsi və iki ölkənin xəbər agentlikləri arasında əməkdaşlığın artırılması diqqət mərkəzində olub.

 


SON XƏBƏRLƏR

29 Iyul 2025