• Bakı 27° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9636

    RUB - 2.0923

Kanada Fələstin dövlətini tanıya bilər

DÜNYA

30 Iyul 2025 | 10:46

Kanada Fələstin dövlətini tanıya bilər

Kanadanın Baş naziri Mark Karni bu gün Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Nazirlər Kabinetinin virtual iclasını keçirəcək.

Bu barədə Bakıvaxtı.az xarici mediaya istinadən məlumat verir.

"Kanada hökuməti Fələstin dövlətinin tanınması və bunun müəyyən şərtlərlə müşayiət olunub-olunmayacağı məsələsini nəzərdən keçirir", - hökumətdəki mənbə bildirib.

Böyük Britaniyanın Baş naziri Kir Starmer çərşənbə axşamı qeyd edib ki, İsrailin Qəzza zolağında atəşkəsə razı olmayacağı, BMT-yə humanitar yardımın çatdırılmasına icazə verməyəcəyi və uzunmüddətli sülhə doğru digər addımlar atmayacağı təqdirdə Böyük Britaniya sentyabrda Fələstin dövlətini tanıyacaq.

Karninin ofisindən verilən məlumata görə, hər iki lider çərşənbə axşamı Qəzza zolağındakı humanitar böhranı və Böyük Britaniyanın Fələstin dövlətini tanıması ilə bağlı bəyanatını müzakirə ediblər.


SON XƏBƏRLƏR

30 Iyul 2025