• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Havay və Kaliforniyada sunami xəbərdarlığı edilib

DÜNYA

30 Iyul 2025 | 09:52 | Müəllif: Əli Hüseynov

Havay və Kaliforniyada sunami xəbərdarlığı edilib

Sakit okeanda baş verən güclü zəlzələ ilə əlaqədar ABŞ-nin Havay və Kaliforniya ştatları üçün sunami xəbərdarlığı edilib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə "Truth" platformasında paylaşım edib.

Onun sözlərinə görə, Rusiyanın şərqində baş verən 8,8 bal gücündə zəlzələ nəticəsində Sakit okean hövzəsində sunami riski yaranıb.

Tramp qeyd edib ki, hazırda Alyaska və ABŞ-ın Sakit okean sahilboyu əraziləri üçün "Tsunami müşahidəsi" statusu qüvvədədir:

“Havay adaları və Alyaska sakinləri üçün xəbərdarlıq edilib. Yaponiya da təhlükə altındadır”.

Hazırda aidiyyəti qurumlar vəziyyəti izləyir və ehtiyat tədbirləri görülür.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR