Ermənistanda konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd ittihamı ilə həbs olunan deputat Artur Sarkisyana daha bir ittiham irəli sürülüb.
Bakıvaxtı.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, budəfəki ittihama əsasən, A. Sarkisyan vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya cinayətlərində də günahlandırılır.
Xatırladaq ki, məhkəmə onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.