• Bakı 30° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9636

    RUB - 2.0923

Polis sahilboyu ərazilərdə profilaktik tədbirləri davam etdirir
CƏMİYYƏT
30 Iyul 2025 | 13:41

Polis sahilboyu ərazilərdə profilaktik tədbirləri davam etdirir

Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, Bakı və Sumqayıt şəhərlərində, Xaçmaz və Lənkəran rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması və tullantı sularının kənara təyinatsız axıdılması halları aşkar edilib.

Paytaxtın Xəzər, Səbail, Qaradağ, Pirallahı, Suraxanı rayonlarında 25, Sumqayıt, Xaçmaz və Lənkəranda isə 30 nəfərin məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atması, texniki və tullantı sularını kənara təyinatsız axıtması müəyyən edilib.

Həmin şəxslər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbir görülüb.

Ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir.


SON XƏBƏRLƏR

30 Iyul 2025