• Bakı 23° C

    1.56 m/s

  • USD - 1.7

    EUR - 1.944

    RUB - 2.0968

İsmayıl xanın hamamı bərpa olunur
MƏDƏNİYYƏT
31 Iyul 2025 | 00:47

İsmayıl xanın hamamı bərpa olunur

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərin davamı olaraq XVIII əsr memarlıq abidəsi “İsmayıl Xan hamamı” bərpa ediləcək. Abidənin bərpası üçün layihə-smeta sənədlərinin hazırlanması məqsədilə Nazirlik tərəfindən elan olunmuş satınalma yekunlaşıb.

Layihə-smeta sənədlərinin hazırlanması qalib şirkət olan “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-ə tapşırılıb.

Qeyd edək ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən tarixi abidənin ətrafının abadlaşdırılması, topoqrafiya və geologiya işləri, interyer dizaynı, daxili tərtibat və digər işlərin görülməsi nəzərdə tutulur.

Gələcəkdə də muxtar respublika ərazisində tarixi abidələrin qorunması və bərpası istiqamətində işlər davam etdiriləcək.


SON XƏBƏRLƏR