Yevlaxda evdən ata və qızının meyti tapılıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, hadisə rayonun Aran qəsəbəsində baş verib.
Rayon sakini 1977-ci il təvəllüdlü Məhəbbət Bayramov bir neçə gün öncə yaşadığı evdə intihar edib. Onun övladı 2002-ci il təvəllüdlü Səbinə Bayramova isə birinci qrup əlil olduğundan aclıqdan öldüyü bildirilir.
Evdən səs gəlməyən qonşular otağa daxil olarkən hər iki şəxsin öldüyünü görüb. Və hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub./“Qafqazinfo”
22:44
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Bakıvaxtı.az-ın məlumatına görə, rayondakı evlərin birində aşkarlanan meyitlərdən biri azyaşlınındır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.