• Bakı 17° C

    0.73 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

FIFA referimiz Avropa Liqasının oyununa təyinat aldı

İDMAN

01 Avqust 2025 | 14:05

FIFA referimiz Avropa Liqasının oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Bakıvaxtı.az  xəbər verir ki, o, Rumıniyada ÇFR və Portuqaliyanın "Braqa" komandaları arasında keçiriləcək III təsnifat mərhələsinin ilk matçını idarə edəcək.

Ədalət təmsilçisinə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR-da ispan Sezar Soto Qrado, AVAR-da Alexandro Munyis Ruis əyləşəcək.

Qeyd edək ki, avqustun 7-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.


SON XƏBƏRLƏR

08 Noyabr 2025