UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris"lə (Yunanıstan) - "Araz-Naxçıvan" matçı başa çatıb.
Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Meydan sahiblərinin heyətində Fabiano Leysman (62-ci dəqiqə) və Monçu (90-cı dəqiqə) fərqlənib. Naxçıvan klubunun heyətində isə Çarles Boli (11-ci dəqiqə) və Felipe Santos (38-ci dəqiqə) rəqib qapısının torunu silkələyib.
"Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb.
Qeyd edək ki, Bakıda baş tutan ilk görüşdə Naxçıvan klubu 2:1 hesablı qələbəyə sevinmişdi.
00:06
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında hesab bərabərləşib.
Bakıvaxtı.az-ın məlumatına görə, "Aris"in heyətində Monçu 90-cı dəqiqədə fərqlənib - 2:2.
"Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb.
Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.
00:06
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında növbəti qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə,"Aris" hesab arasındakı fərqi azaldıb. Fabiano Leisman 62-ci dəqiqədə fərqlənib - 1:2.
Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.
23:22
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında ikinci hissə başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, fasilədən sonra "Araz-Naxçıvan" komandasının 2:0 hesablı üstünlüyü davam edir.
Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.
23:07
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında ilk hissə başa çatıb.
Bakıvaxtı.az-ın məlumatına görə, "Araz-Naxçıvan" fasiləyə hesabda 2:0 öndə yollanıb.
Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.
22:27
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında hesab açılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Naxçıvan klubunun heyətində Çarles Boli 11-ci dəqiqədə fərqlənib.
Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.
22:14
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçına start verilib.
Bakıvaxtı.az-ın məlumatına görə, matç Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.
Qarşılaşmanı şotlandiyalı referi Devid Dikinson idarə edir. Tərəflər arasında ilk görüşdə Naxçıvan təmsilçisi 2:1 hesablı qələbə qazanıb.