• Bakı 31° C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.944

    RUB - 2.0968

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb

MEDİA

31 Iyul 2025 | 14:51

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən yeni media mühitində auditoriya yönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalı və yayımının təşviqi, maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, məzmun müxtəlifliyi və yaradıcılığının stimullaşdırılması, dövlət və cəmiyyət üçün prioritet istiqamətlər barədə məlumatların ictimaiyyətə səmərəli şəkildə çatdırılması məqsədilə 23 may 2025-ci ildə elan olunmuş dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-a MEDİA-dan məlumat verilib.

AzTV, Space TV, ATV, Xəzər TV, ARB TV, ARB24 və Real TV televiziya kanalları proqram kateqoriyasında qalib olub.

Sosial videoçarx kateqoriyasında isə AzTV, ATV və ARB24 televiziya kanalları uğur qazanıb.


SON XƏBƏRLƏR

31 Iyul 2025