• Bakı 29° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Ambulans qəzasında ölən şəxs polis əməkdaşı imiş - FOTO

HADİSƏ

01 Avqust 2025 | 11:13

Ambulans qəzasında ölən şəxs polis əməkdaşı imiş - FOTO

Bu gün səhər saatlarında Hacıqabulda baş vermiş ağır qəzada həyatını itirən şəxs polis əməkdaşı imiş.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı-Qazax magistralında yük avtomobili ilə toqquşan və daha sonra metal arakəsməyə çırpılan “Mercedes” markalı təcili tibbi yardım maşınında ölən şəxs polis baş serjantı Rəsul Qurbanlı olub.

Belə ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı olan R. Qurbanlı operativ nəqliyyat vasitəsi ilə Füzulidən Bakıya, xüsusi təyinatlı tibb müəssisəsinə gətirilən xəstəni müşayiət edirmiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

01 Avqust 2025