• Bakı 31° C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.944

    RUB - 2.0968

Rusiyada əksəriyyət cəfəng şüarlarla çıxış etmək uğrunda yarışa çıxıb - AÇIQLAMA

SİYASƏT

31 Iyul 2025 | 14:34

Rusiyada əksəriyyət cəfəng şüarlarla çıxış etmək uğrunda yarışa çıxıb - AÇIQLAMA

“Bu gün Rusiyada elə bir ab-hava formalaşıb ki, sanki hamı yarışa çıxıb. Daha cəfəng və patriotist şüarlarla çıxış etmək uğrunda yarışa çıxıblar”.

Bunu Bakıvaxtı.az-a deputat Rasim Musabəyov Ədalətli Rusiya Partiyasının sədri Sergey Mironovun TASS-ın baş direktorunun keçmiş birinci müavini Mixail Qusmanın dövlət mükafatlarından məhrum edilməsi ilə bağlı çağırışına münasibət bildirərkən deyib.

Deputat vurğulayıb ki, Mironovun məntiqinə görə, ötənlərdə Azərbaycana səfər etmiş Rusiya patriarxını da vəzifədən uzaqlaşdırmaq lazımdır:

"O cümlədən Valentina Matviyenko da ölkəmizə səfər etdiyinə, Azərbaycan-Rusiya münasibətlərindən danışdığına görə, vəzifədən uzaqlaşdırılmalıdır. Mironov özü təlxəkdir. Elə bir cılız yarışa qoşulub ki, onun hansısa siyasi gələcəyi ola bilməz. Ölkədə nə qədər ultralar varsa, hamısını başına toplayıb. Bununla da olan-qalan hörməti itir”.

Rasim Musabəyov: Rusiya tərəfi problemləri aradan qaldırmaq əvəzinə ortalığa yeni məsələlər atır

“Biz Azərbaycanda heç kimə at oynatmağa imkan verməyəcəyik” deyən Musabəyov vurğulayıb ki, Azərbaycanda hər şey nəzarət altındadır. Onun sözlətinə görə, son günlər Ukrayna mediasında da hansısa qızışdırıcı mövzular, başlıqlar var:

“Ukraynadan, yaxud digər yerdən gələrək Azərbaycanda təxribat törətməyə cəsarət etməzlər. Azərbaycan hüquq-mühafizə orqanları buna yol verməz. Mariya Zaxarova da nəsə danışmalıdır. Hamısı auditoriyaya, publikaya hesablanmış sözlər, iddialardır. Bunların real diplomatiyaya heç bir aidiyyatı yoxdur. Ortalıqda konkret məsələlər var. Təyyarəmizin vurulması, azərbaycanlıların, diaspor nümayəndələrinin hüquq-mühafizə orqanları tərəfindən təzyiqlərə məruz qalması, media resurslarımıza hücumlar göz qabağındadır. Strateji tərəfdaş ölkələr arasına bu cür məsələlər olmamalıdır”.

Rasim Musabəyovun dediyinə görə, Rusiya tərəfi bunları aradan qaldırmaq əvəzinə ortalığa yeni məsələlər atırlar və problemi həll etmək əvəzinə daha çox yükləyirlər.

Qeyd edək ki, Ədalətli Rusiya Partiyasının sədri Sergey Mironov TASS-ın baş direktorunun keçmiş birinci müavini Mixail Qusmanın dövlət mükafatlarından məhrum edilməsini istəyib. O bildirib ki, Rusiya Konstitusiyasının 89-cu maddəsinə dəyişiklik etmək və Rusiya prezidentinə təkcə dövlət mükafatları vermək deyil, həm də onları ləğv etmək hüququ vermək lazımdır:

“Bu gün bu, yalnız ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkəmə qərarı ilə mümkündür. Bəs bir şəxs cinayət deyil, dövlətə xəyanətlə həmsərhəd bir hərəkət edibsə, nə etməli? İndi TASS-ın baş direktorunun keçmiş birinci müavini Qusman Azərbaycanda açıq-aşkar antirusiya ruhunun hökm sürdüyü və prezident Əliyevin Ukraynanı işğala qarşı mübarizəyə çağırdığı forumda onun unikal xarici siyasətini tərifləyib. Azərbaycanın antiRusiya siyasətini unikal hesab edən şəxs Rusiya mükafatlarını ala bilərmi? Xeyr. Və belə bir insan məhkəmə tərəfindən deyil, vicdanına görə, Rusiya prezidentinin qərarı ilə dövlət mükafatlarından məhrum edilməlidir".

Oniu da bildirək ki, S.Mironov ictimaiyyətdə antiAzərbaycan bəyanatları ilə tanınır.

Aydın Baxış


SON XƏBƏRLƏR

31 Iyul 2025