Kamçatka sahillərində cəmi bir saat ərzində 11 afterşok qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin Teleqram kanalında məlumat verilib.
Seysmoloqların məlumatına görə, yeraltı təkanların maqnitudası 4,2-5,5 bal təşkil edib.
Dağıntı və ya tələfatla bağlı məlumat verilməyib.