UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Petrok”a (Moldova) qalib gələn “Sabah” növbəti raunda adlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Əlincə stadionunda baş tutan matç Bakı təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib.
“Bayquşlar”ın heyətində Coy Lens Mikels (21,28, 44) het-trik edib. Digər qolu isə Pavol Şafranko (45+2) qonaqların qapısından keçirib. Moldova kollektivinin qolu 42-ci dəqiqəyə təsadüf edib. Ev sahiblərinin heyətində Steve Solvet (42) avtoqol müəllifi olub.
Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda bakılılar 2:0 hesablı qələbəyə sevinmişdi.
Beləliklə, iki görüşün nəticəsinə əsasən “Petrokub”u mübarizədən kənarlaşdıran “Sabah” adını III təsnifat mərhələsinə yazdırıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinə gedən yolda UEFA Avropa Liqasının II təsnifat mərhələsində baş tutacaq “Levski” (Bolqarıstan) - “Braqa” (Portuqaliya) matçının məğlubu ilə qarşılaşacaq.
21:06
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda ikinci hissə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesabda öndədir - 4:1.
Görüşü serbiyalı referi Danilo Nikoliç idarə edir.
20:54
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda ilk hissə başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu fasiləyə böyükhesablı üstünlüklə yollanıb 4:1
Görüşü serbiyalı referi Danilo Nikoliç idarə edir.
20:46
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda hesab növbəti dəfə dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesab arasındakı fərqi artırıb - 4:1.
45+2-ci dəqiqədə Pavol Şafranko fərqlənib.
20:44
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda hesab yenidən dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesab arasındakı fərqi artırıb - 3:1.
44-ci dəqiqədə Coy Lens Mikels het-trik müəllifi olub.
20:42
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda üçüncü qol vurulub.
Bakıvaxtı.az xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi azaldıblar - 1:2.
"Sabah"ın heyətində 42-ci dəqiqədə Steve Solvet avtoqol müəllifi olub.
20:28
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda hesab dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesab arasındakı fərqi artırıb - 2:0.
28-ci dəqiqədə Coy Lens Mikels dubl müəllifi olub.
20:21
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda hesab açılıb..
Bakıvaxtı.az xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesabda irəli çıxıb.
21-ci dəqiqədə Coy Lens Mikels adını tabloya yazdırıb.
20:00
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyunu start götürüb.
Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Əlincə stadionunda keçirilir.
Görüşü serbiyalı referi Danilo Nikoliç idarə edir. Tərəflər arasında ilk görüşdə Bakı təmsilçisi 2:0 hesablı qələbə qazanıb.