• Bakı 27° C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.9636

    RUB - 2.0923

Albanese: Sanksiyaların siyasi məqsədlə istifadəsi təhlükəlidir

DÜNYA

30 Iyul 2025 | 11:00

Albanese: Sanksiyaların siyasi məqsədlə istifadəsi təhlükəlidir

BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, Romada verdiyi açıqlamada sanksiyaların siyasi məqsədlərlə istifadə olunmasının “zərərli və təhlükəli” olduğunu vurğulayıb.

Albanese sanksiyaların onu şəxsi olaraq təsirləndirəcəyini desə də, vicdanla hərəkət etdiyini və ədalətə sadiqliyinin şəxsi maraqlardan üstün olduğunu qeyd edib.

O, ABŞ administrasiyasının bu qərarını tənqid edərək, belə addımların beynəlxalq hüquqa zidd olduğunu bildirib.

Məruzəçi, həmçinin Qəzzada aclıqla mübarizə aparanların vəziyyətinin sözlə ifadə olunmayacaq qədər ağır olduğunu deyib.

Əli Hüseynov

 

 

SON XƏBƏRLƏR

30 Iyul 2025