• Bakı 32° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9636

    RUB - 2.0923

Dənizə yaxınlıq ömrü uzadır
CƏMİYYƏT
30 Iyul 2025 | 12:57

Dənizə yaxınlıq ömrü uzadır

Okean və ya körfəz yaxınlığında yaşamaq ömrü uzata bilər, çay və ya gölün yanında yaşamaq isə ömrü uzatmır.

Bakıvaxtı.az xəbər verir ki, Ohayo Dövlət Universitetinin alimləri belə nəticəyə gəliblər. 

Məlumata görə, alimlər ABŞ-nin 66 min bölgəsində insanların həyatı və sağlamlığı ilə bağlı məlumatları təhlil ediblər. Onlar müxtəlif növ su obyektlərinin yaxınlığının orta ömür uzunluğuna təsirini qiymətləndiriblər.

Bunu edərkən iqlim və gəlir səviyyəsindən tutmuş havanın keyfiyyətinə, nəqliyyat infrastrukturuna və urbanizasiya dərəcəsinə kimi nəzərə alıblar.

Nəticələr göstərib ki, dənizlərin və okeanların yaxınlığında yerləşən sahilyanı ərazilərdə insanlar ölkənin daxili ərazilərinin sakinlərindən orta hesabla bir il çox yaşayırlar. Bu, daha əlverişli iqlim, daha yaxşı ekoloji şərait, yüksək həyat səviyyəsi və istirahət zonalarına çıxış ilə əlaqələndirilir.

Bununla belə, çaylar və göllər kimi daxili su obyektləri, xüsusən də şəhər yerlərində əks tendensiya müşahidə olunub. Burada orta ömür uzunluğu daha az olub. Bu, çayların və göllərin yaxınlığında yerləşən bir çox şəhər ərazilərini xarakterizə edən çirklənmə, sıx yaşayış və sosial bərabərsizliyin birləşməsi ilə əlaqələndirilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

30 Iyul 2025