• Bakı 30° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9697

    RUB - 2.08

İlham Əliyev Səudiyyə kralı və vəliəhdini Azərbaycana dəvət etdi
SİYASƏT
29 Iyul 2025 | 23:14

İlham Əliyev Səudiyyə kralı və vəliəhdini Azərbaycana dəvət etdi

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd, Nazirlər Şurasının sədri Məhəmməd bin Salman əl-Səud 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dəvət ediliblər.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvət məktubları ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Şahin Abdullayev tərəfindən iyulun 29-da xarici işlər nazirinin müavini Vəlid bin Əbdülkərim əl-Xiriciyə təqdim edilib.

Görüşdə, həmçinin iki ölkə arasındakı əlaqələr və onların bütün sahələrdə möhkəmləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


SON XƏBƏRLƏR

29 Iyul 2025