• Bakı 26° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.9697

    RUB - 2.08

Ermənistan ABŞ-dəki səfirini dəyişir

DÜNYA

29 Iyul 2025 | 10:30

Ermənistan ABŞ-dəki səfirini dəyişir

Ermənistanın hazırkı əmək və sosial məsələlər naziri Narek Mkrtçyan ölkənin ABŞ-də səfiri təyin olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i mənbələrə istinadən xəbər verir.

Nazir bu vəzifədə Lilit Makunçu əvəz edəcək.

KİV-in məlumatına görə, onun təyinatı ilə bağlı artıq razılıq verilib.

Əmək və Sosial Məsələlər Nazirliyinə isə Gümrü Ağsaqqallar Şurasında "Vətəndaş müqaviləsi" partiyası fraksiyasının rəhbəri Sarik Minasyan başçılıq edəcək. Martda hakim partiya onun namizədliyini Gümrü meri vəzifəsinə irəli sürsə də, seçkilərin nəticələrinə görə şəhərə Vardan Qukasyan rəhbərlik edib.


SON XƏBƏRLƏR