Monqolustanın qərbində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ Ulanqom şəhərindən 55 km cənub-şərqdə baş verib, ocağı isə 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.